Məktəbdə ZORAKILIQ İDDİASI: "Oğlanın kəmərini çıxarıb..." - VİDEO
709
Babək rayonunun Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdi Zəhra Fərəcova iddia edir ki, təhsil müəssisəsində xoşagəlməz hadisə ilə üzləşib.
Bakupost.az xəbər verir ki, şagirdlər təsviri incəsənət fənnini tədris edən Etibar adlı müəllimin onlara zorakılıq tətbiq etdiyini bildiriblər.
"Müəllim əvvəl oğlanları dərsə çıxartdı, onlar danışa bilmədilər. Sonra məni çağırdı, mən dərsi yavaş-yavaş izah edirdim. Birdən oğlanın kəmərini çıxarıb yanımdakı türk qızla məni bağladı. Dərsdən sonra bizi açıb buraxdı. Hamı ondan çox qorxur. Qızlara təpik vurur, təhqiramiz ifadələr işlədir. Müəllimə dedim ki, sizi Təhsil Nazirliyinə şikayət edəcəyəm. Cavab verdi ki, kimə istəyirsən, şikayət et. Uşaqlar da dedilər ki, heç kim ona heç nə edə bilməz".
Məsələ ilə bağlı Babək Rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbdə baş verən hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Şərhlər
.Nizami Aliev
изменилось сознание - дикость правит над культурой..
изменилось сознание - дикость правит над культурой..