Ru
12:17 / 21 Sentyabr 2021

Bakıda məktəb və liseylərin fantastik qiymətləri – 68 min… - SİYAHI

40398
Azərbaycanın dövlət məktəblərində təhsil almaq pulsuzdur. Lakin ödəniş müqabilində təhsil verən lisey və özəl məktəblər də var. Bu qəbildən olan məktəblərdə heç də dövlət müəssisələri kimi hər bir uşaq təhsil ala bilmir. Çünki təklif olunan qiymətlər ölkə əhalisinin üstünlük təşkil etdiyi təbəqənin büdcəsi ilə qətiyyən uzlaşmır. Bu təhsil müəssisələrindəki qiymətlər heç də əlçatan, ucuz deyil. Hətta ali məktəblər üçün nəzərdə tutulmuş bir illik təhsil haqlarından belə bahadır.

Qiymətlər məktəbin imkanlarından, xidmətlərindən asılı olaraq dəyişir. Hətta bəzilərində məktəbli forması, nəqliyyat xidməti, nahar bu məbləğdə təklif olunan təhsil haqqına daxil edilmir.

Bakupost.az özəl məktəblərdəki qiymətlər ilə bağlı araşdırma aparıb:



Azərbaycan Britaniya Kolleci (ABC – Azərbaijan British College) – Burada qiymətlər təhsil səviyyəsindən asılı olaraq dəyişir: “Primary” – 15 400 AZN, “Secondary” – 16 400 AZN, “A-level” – 16 500 AZN-dir.



“Kaspi” liseyi – qiymətlərin dəyişməsi müəssisənin yerləşdiyi filialdan, bölmədən, sinifdən asılıdır. Belə ki, Bakıxanov filialında Azərbaycan bölməsi I-IV siniflər 6 400 AZN, V-IX 6 900 AZN, X-XI 5 500 AZN, Ağ şəhər filialında isə Azərbaycan bölməsi I-IV siniflər 6 900 AZN, V-IX siniflər 7 400 AZN, X-XI siniflər 6 000 AZN, rus bölməsi I-IV siniflər 7 900 AZN, V-IX siniflər isə 8 400 AZN-dir.



Bakı Oksford Məktəbi (Baku-Oxford School) – Məktəbəqədər hazırlıq mərhələsinin illik təhsil haqqı 7 500 AZN, ibtidai məktəbdə 15 500 AZN, tam-orta məktəbdə də ( 6-11/12-ci sinif) 15 500 AZN-dir. Təhsil haqqına məktəb və idman forması, kitab-dəftərlər, qidalanma daxildir.



“XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya mərkəzində bölmələrdən asılı olaraq illik xidmət haqqı 8 000-12 000 AZN arasında dəyişir. Azərbaycan bölməsi 8 000 AZN, rus bölməsi 10 000 AZN, ingilis bölməsi 12 000 AZN. Xidmət haqqına müvafiq proqram üzrə təhsil, gün ərzində 3 dəfə qidalanma, məktəbli forması (1 dəst), dərnək və ekskursiyalar və üzgüçülük (həftədə 2 dəfə) daxildir.



Bakı Fransız Liseyi Təhsil Kompleksi (BFL) – Kompleksdə illik təhsil haqqı Azərbaycan vətəndaşları üçün bağça 8 000 AZN, ibtidai məktəb 15 000 AZN, Kollec və Lisey 16 100 AZN, 1-12-ci siniflər 19 000 AZN-dir. Xarici vətəndaşlar üçün bağça 4 550 avro, ibtidai məktəb 8 500 avro, kollec və lisey 9 150 avro, 11-12-ci siniflər 9 950 avrodur.

İlkin qeydiyyat haqqı 600 AZN-dir. Yalnız liseyə ilk dəfə qeydiyyata düşərkən ödənilir. Təkrar qeydiyyat haqqı (ötən ilin şagirdləri üçün) 200 AZN-dir və bu ödənişlər geri qaytarılmır. Həmçinin, kitab və dərs ləvazimatlarının xərci də təhsil haqqına daxil deyil.



Xəzər Universitetinin “Dünya məktəbi” – Burada qiymətlər Azərbaycan, rus və ingilis bölməsindən, siniflərdən asılı olaraq dəyişir. Belə ki, Azərbaycan və rus bölmələri üçün 1-8-ci siniflər üzrə 8 000 AZN, 9-11-ci siniflər üzrə 8 500 AZN, ingilis dili bölməsi üçün 1-4-cü siniflər üzrə 9 500 AZN, 5-9-cu siniflər üzrə 11 000 AZN müəyyən edilib. İB Diplom Proqramı X-XI siniflər dünya məktəbinin şagirdləri üçün 12 000 AZN, digər məktəbin şagirdləri üçün isə 14 000 AZN-dir. Bundan əlavə məktəbdə alman və çin dilləri də öyrədilir.



“İdrak” liseyində illik ödəniş bölməsindən asılı olaraq 8 000-9 000 AZN təşkil edir.



“Oxbridge Academy” – 1-6 sinif 6 500, 7-9 sinif 7 800, 10-11 sinif 9 100, 12-13 sinif 11 700 ABŞ dollarıdır.



Avropa Azərbaycan Məktəbi (EAS) – Bu məktəb üç təhsil bölməsindən ibarətdir. Məktəbəqədər hazırlıq üzrə 7 250 AZN, 1-4-cü siniflər üzrə 9 950 AZN (xarici vətəndaşların övladları üçün 12 500 AZN), 5-9-cu siniflər üzrə 12 000 AZN (xarici vətəndaşların övladları üçün 14 000 AZN), 10-11 siniflər üzrə 14 000 AZN (xarici vətəndaşların övladları üçün 15 500 AZN) təhsil haqqı ödəmək lazımdır.



Sabis Sun İnternational School – Bu məktəbdə təhsil ingilis dilində aparılır. İbtidai təhsil üzrə illik təhsil haqqı 11 500 AZN, orta təhsil üzrə isə 11 900 AZN təşkil edir.



Azərbaycan Beynəlxalq Məktəbi (The International School of Azerbaijan) – Məktəbdə təhsil haqqı uşağın yaşından asılı olaraq dəyişir. Hazırlıq 11 min ABŞ dolları (18 700 AZN), 1-9-cu sinfədək təhsil haqqı illik olaraq 34 min ABŞ dolları (57 800 AZN), 9-11-ci siniflər təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır (68 000 AZN).

Aygün Nəbiyeva
Baku Post

Şərhlər
  • Aynur

    Oxuyan potensialı olan her yerde her məktəbdə oxuyur.allah her bir övladı xeyirli gələcəyə sağlam şekilde boyusunler

  • Rüstəmov Tunar

    Bərdə

  • Fuad

    Azərbaycan xalqı hiss edilmədən Hindistandakı kimi silklərə bölünüb.

  • Hərbi pensiyaçı

    Təhsil nazirindən xahiş edirəm desin TN-nin rəhbərlərinin övladları hansı məktəblərdə təhsil alırlar? Siyahını dərc etsin. Ehtimal ki, onların heç biri adi vətənfaşların övladlarının məktəblərində təhsil almırlar. Yuxarıda sadalanan məktəblər isə əhalinin 99,9% nin imkanı xaricindədir. Bu məktəblərə qəbul ancaq pula görə aparılır. Uşaqların zehni və digər qabiliyyətləri nəzərə alınmır, pulun var keç yuxarı başa. Burdan da xaricə göndərilir təhsilini davam etdirmək üçün. Çoxunun yadından öz doğma dili də çıxır. Əgər qayıdıb VƏtənə dönsələr hərəsinə bir tərcüməçi lazımdır. Görəsən sadalanan məktəblər bu uşaqları vətənpərvərlik

  • Cavd

    Bu məktəblərdə yalnız deputatların (onlar 5-6 min maaş alıb bir işə yaramırlar),krışası olan biznesmenlərin,rüşvət və korrupsiya ilə məşğul məmurların üşaqları təhsil ala bilər.95 faiz əhali isə bu imkandan məhrumdur.Belə tsil təşkili bizim ölkə üçün məqbul sayıla bilməz!

  • Fərhad

    Əcaib qiymətlərssdir.Bu məbləğıər yalnız rüşvət.oğurluq vasitəsilə ödəmək olar.Bəs dövlət hara baxır?Niyə dövlət məktəblərində nrmal təhsil təşkil edilmir ki, bəziləri təhsil mphtəkirlərinin qoyduqları hesabsız qiymətlərlə razılaşır.Burada hökumət ciddi düşünməlidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər