Cənubi Koreyada məktəblərdə mobil telefon və ağıllı cihazlardan istifadəyə tam qadağa qoyulub. Bu məsələ ölkəmizdə də zaman-zaman müzakirə olunur. Bəziləri bunu şagirdlərin dərsə diqqətini artırmaq üçün düzgün addım hesab edir, digərləri isə belə bir yanaşmanın müasir texnologiyaların təhsildən kənarlaşdırılması demək olduğunu düşünür.
Bəzi müəllimlər telefondan dərs zamanı əlavə imkan kimi istifadə etməyə çalışsa da, şagirdlərin çoxu sosial şəbəkə və oyunlara meyllənir. Bu səbəbdən telefon qadağasının tətbiqi təhsil sistemi üçün aktual mövzulardan biridir.
Ətraflı BTV-nin reportajında