Ru
19:50 / 10 Dekabr 2025

Melonidən Zelenskiyə eyham: Güzəştə get...

Melonidən Zelenskiyə eyham: Güzəştə get...
Eye

İtaliyanın Baş naziri Corciya Meloni Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə ona sülh sazişi çərçivəsində Rusiyaya mümkün “ağrılı güzəştlər” barədə eyham vurub.

Bakupost.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

“Baş nazir tərəfindən Ukrayna lideri ilə aparılan söhbət səmimi oldu. Meloninin əsas mesajı isə bu idi: “Nəzərə alın ki, bəzi ağrılı güzəştlərə getməli ola bilərsiniz”, – deyə nəşr yazıb.

Xatırladaq ki, ABŞ-nin hazırladığı sülh planında Ukraynanın Donbası (Donetsk və Luqansk vilayətləri) Rusiyaya güzəştə getməsinə dair müddəalar yer alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar