Ru
17:58 / 21 Oktyabr 2025

“Mən dövlət katibi olanda Ramiz Mehdiyev…” – Lalə Şövkət

“Mən dövlət katibi olanda Ramiz Mehdiyev…” – Lalə Şövkət
Eye

Prezident Administrasiyasının 87 yaşlı sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamlar irəli sürülüb.

Şübhəsiz, hadisə ölkədə rezonans doğurub, son bir həftədir gündəmin əsas mövzusuna çevirilib. Siyasətçilər, bəzi keçmiş məmurlar R.Mehdiyev olayına münasibət bildirir, hadisəni şərh edirlər.

Bakupost.az xəbər verir ki, “Yeni Sabah” məsələyə Azərbaycanın sabiq dövlət katibi, Liberal Partiyasının keçmiş lideri Lalə Şövkətin münasibətini öyrənib.

O bildirib ki, R.Mehdiyevlə şəxsi tanışlığı olmayıb:

“Mən 1994-cü ilin yanvarında dövlət katibi vəzifəsindən istefa vermişəm, Ramiz Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri vəzifəsinə 1995-ci ildə təyin edilib. Ona görə də şəxsi tanışlığımız olmayıb”.

L.Şövkətin fikrincə, Prezident Administrasiyasının keçmiş rəhbəri ilə bağlı yayılan məlumatların doğruluğu hələlik tam təsdiqlənməyib:

“Bu məsələ ilə bağlı fikir bildirmək hələ tezdir. Mən həmişə siyasi intriqalardan uzaq olmuşam və hadisələrə yalnız obyektiv yanaşmağı üstün tutmuşam. Əgər irəli sürülən ittihamlar təsdiqini tapsa, bu, çox ciddi məsələ olacaq və diqqətlə araşdırılmalıdır”.

Qeyd edək ki, 73 yaşlı Lalə Şövkət 1993-cü il iyulun 7-dən 1994-cü il yanvarın 29-dək Azərbaycanın dövlət katibi vəzifəsində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar