Ru
10:01 / 29 Dekabr 2025

Mənzil almaq istəyənlərə şad xəbər - VİDEO

Mənzil almaq istəyənlərə şad xəbər - VİDEO
Eye

Gələn ildən mənzil bazarında qiymətlərin azalması müşahidə oluna bilər. Əmlakçılar və daşınmaz əmlak üzrə ekspertlər bu qənaətdədirlər.

Bakupost.az xəbər verir ki, mütəxəssislər enmənin xüsusilə bahalı mənzillərin qiymətində daha qabarıq hiss ediləcəyini bildirirlər.

Qeyd olunur ki, 2025-ci ildə həm köhnə, həm də yeni tikililərdə mənzil qiymətlərində sürətli artım qeydə alınıb. Lakin növbəti ildə bazarda tendensiyanın dəyişəcəyi gözlənilir.

Əmlak bazarında əsas dəyişiklik daha çox beşmərtəbəli binalardakı, eləcə də birotaqlı və sahəsi kiçik olan mənzillərdə müşahidə olunur. Hazırda bu tip mənzillərin qiyməti 110-120 min manat civarındadır. Lakin alıcılar artıq bu məbləği ödəmək istəmirlər. Satışda tələsən şəxslər qiyməti 105 min manata qədər endirməyə məcbur qalırlar.

Əhalinin əsas tələbatı aşağı və ortaqiymətli mənzillərə yönəldiyindən bu seqmentdə qiymətlərin daha çox stabilləşəcəyi gözlənilir. Ekspertlər bildirirlər ki, bu kateqoriyada 2-5 min manat aralığında cüzi ucuzlaşma baş verə bilər.



Şərhlər
  • Dəxi

    AzSovet Sənaye və Kənd təsərrüfatı istehsalı demək olar ki, yeni *özəl* *iqtisadiyyat* yox etmiş ölkəmizdə yeganə mənzil tikintisi *Moqikan Bank-Tikinti* sindikatından qeyri-güclü sahə qalmayıb? Yüz minlərlə bank, sərmayə, kredit, ərazi, yarımçıq tikinti, mənzil alqı-satqısı rielterləri, ekspertləri, hüquqşünasları təbii ki, heç bir menecer, menecment yerlərini itirmək istəməzlər? Onsuz da iki-üç milyon ümumxalq-övlət əhəmiyyətli dünyəvi rəqabətlli-bazarlı yeni iş yerləri gərək!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar