Ru
15:13 / 24 Sentyabr 2026

Meşədə qadın meyiti tapıldı: saxlanılan var

Meşədə qadın meyiti tapıldı: saxlanılan var
Eye

Qusar rayonunda meşədə meyit tapılıb.

"Bakupost" APA-ya istinadla xəbər verir ki, sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunun ərazisində Əvəcuğ kənd sakini, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində tanışı S.Həsənovanı bıçaqla öldürüb.

Daha sonra meyitini idarə etdiyi “Mersedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.

K.Seyidov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar