Ru
09:34 / 29 İyun 2020

Məşhur müğənni özündən 42 yaş kiçik sevgili tapdı

4743
Azərbaycanda da çox sevilən türkiyəli sənətçilərdən biri özündən 42 yaş kiçik sevgilisi ilə yaxalanıb.

"BakuPost"un məlumatına görə, söhbət "imperator" ləqəbli İbrahim Tatlısəsdən gedir.

68 yaşlı sənətçi axtardığı sevgini Gülçin Karakaya adlı gənc qızda tapıb. Məlumata görə, cütlüyün gizli münasibəti uzun müddətdir ki, davam edir. Sevgilisi ilə Bodrumda dincələnən Tatlısıs ilk dəfə olaraq 26 yaşlı sevgilisi ilə kameralar qarşıısna keçib.

Xatırladaq ki, bir neçə dəfə evli olan sənətçi bir neçə gün öncə ilk nikahından olan oğlu Ahmet Tatlı ilə daşınmaz əmlak uğrunda mübahisəsi ilə bağlı gündəmə düşmüşdü. O, oğlundan "məni hədələyir" deyərək polisə də şikayət etmişdi.

Tatlısəs illər öncə uğradığı silahlı hücumdan sonra səhnələri tərk edib. Uzun müddət ölüm-qalım savaşı aparan sənətçinin bədəninin sol tərəfi iflic olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər