Ru
23:19 / 15 Noyabr 2025

Məşhur müğənni qocalar evində boğularaq öldürüldü

Məşhur müğənni qocalar evində boğularaq öldürüldü
Eye

İspan müğənni və aktrisa Enkarnita Polo 86 yaşında vəfat edib. Onun ölümü Aviladakı bir qocalar evində baş verib.

Bakupost.az xəbər verir ki, Polo başqa bir sakin tərəfindən boğularaq öldürülüb.

Milli Polis hadisə ilə bağlı araşdırma aparır. İlkin məlumatlara görə, sənətçi eyni qocalar evində yaşayan 80 yaşlı bir kişi tərəfindən qətlə yetirilib. İstintaq Avila Polisi və Məhkəmə Polisi tərəfindən birgə həyata keçirilir.

Sevilyada doğulan Polo karyerasına 10 yaşında radio müsabiqəsində qalib gələrək başlayıb. Daha sonra Barselonaya köçüb və burada bir çox bələdiyyə festivallarında, filmlərdə və televiziya proqramlarında çıxış edib. 1960-cı illərdə musiqidə yüksəliş yaşayan Polo İtaliyada da populyarlıq qazanıb. 1960-1970-ci illərdə “Paco, Paco, Paco” mahnısı ilə şöhrət qazanan Polo flamenko-pop və kopla janrlarında önəmli bir fiqur idi.

Son illərdə Polo xərçəng müalicəsi alıb və 2012-ci ildə maliyyə çətinlikləri ilə üzləşib. Ölümündən sonra qızı Rakel Vaytzman Polo ailə adından başsağlığı mesajı yayıb: “Anam gücü, sevinci və unikal xarakteri ilə mənim üçün hər şey idi”.

O, bu çətin dövrdə ailənin şəxsi həyatına hörmət olunmasını xahiş edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar