Ru
13:17 / 15 İyun 2022

Məşhur professor İstanbulda həyat yoldaşını huşunu itirənə kimi döydü

Məşhur professor İstanbulda həyat yoldaşını huşunu itirənə kimi döydü
Eye

“Scooby Doo”, “Space Jam”, “Goof Troop” kimi məşhur cizgi filmlərin memarı cənubi koreyalı Namkook Li həyat yoldaşına şiddət göstərib.


Bakupost.az xəbər verir ki, Namkook Li (70 yaş) keçən il həyat yoldaşı Cey Li (62 yaş) ilə birlikdə yay təhsil proqramı üçün Türkiyəyə gedib.


Namkook Li həyat yoldaşı ilə mübahisə edərkən onun sinə nahiyəsini yumruqlayıb.

Onlar ertəsi gün bir restoranda yemək yeyərkən yenə mübahisə ediblər.

Professor həyat yoldaşının ağzına və sifətinə yumruqlar endirib. Yaşlı adam daha sonra mənzillərinə gedib. İddialara görə, binada həyat yoldaşına saatlarca şiddət göstərən Namkook Li qadın huşunu itirənə kimi davam edib.

Qadın xəstəxanaya yerləşdirilib. Ayılandan sonra hadisə polislərə bildirilib.

Saxlanılan professor mübahisə etdiklərini boynuna alsa da, şiddət göstərdiyini qəbul etməyib.

O, ifadəsindən sonra İstanbul Növbətçi Sülh Cəza Hakimliyi tərəfindən saxlanılaraq həbsxanaya göndərilib.





Aynur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar