Ru
16:42 / 05 Noyabr 2025

Məşhur şərhçidən çağırış – Hakimi və “Çelsi”ni fitə basın!

Məşhur şərhçidən çağırış – Hakimi və “Çelsi”ni fitə basın!
Eye

“Mən ağıl vermək istəmirəm, səhv anlamayın. Amma xahiş edirəm, sabah axşam “Qalatasaray” azarkeşinin etdiyi hərəkəti edin. “Çelsi”ni fit basqısı altına alın. Bu gün yağış necə yağırdısa, “Çelsi”li futbolçuların da həmin basqını hiss etdirin”.

Bakupost.az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Türkiyənin məşhur idman şərhçisi Ertem Şener deyib.

“Birinci növbədə tribunda həmin təzyiqi qurmalıyıq. Məsələn, “Qalatasaray” azarkeşləri “Ramspark”da “Liverpul”un, “Bodo Glimp”in qulaqlarını “partlatdı”. Bütün “Qarabağ” azarkeşlərindən xahiş edirəm, top “Çelsi”li futbolçuların ayağındaykən fit, şiddətli səs-küy, uğultu yaradın”.

Ertem Şener qeyd edib, rəqibi boğa bilməli, təzyiqi qorumalıyıq:

"Müdafiədə Mateus ilə Mustafazadə, orta sahədə Kadi ilə Pedro Bicalio kimi siz də oynayın, rəqibi basqıda saxlayın”.

Türkiyəli idman şərhçisi səs-küy və psixoloji təzyiqin hakim qərarlarına və oyunun gedişinə təsir edə biləcəyini vurğulayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar