Ru
09:36 / 23 Fevral 2021

Məşhur şirkətlər qrupuna inzibati protokol yazıldı

Məşhur şirkətlər qrupuna inzibati protokol yazıldı
Eye

"Cənnət Bağı” Şirkətlər Qrupu barəsində inzibati protokol tərtib edilib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) maddəsi ilə tərtib edilən protokola Quba Rayon Məhkəməsində baxılacaq.

İş hakim Rahim Həsənovun icraatındadır.

Bu xətaya görə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

“Cənnət Bağı” turizm sahəsində fəaliyyət göstərən Şirkətlər Qrupudur. Xızı və Qubada mehmanxana kompleksləri, “Altai Maral” Sağlamlıq Mərkəzi, Mingəçevirdə “Agsaray Deluxe Hotel”i, ilə yanaşı “CB Travel” də şirkətlər qrupuna aiddir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar