Ru
10:02 / 27 Dekabr 2019

Messi uğurlu zərbələrinin sirrini AÇIQLADI

Messi uğurlu zərbələrinin sirrini  AÇIQLADI
Eye

"Barselona"nın ulduzu Lionel Messi cərimə zərbələrini dəqiq yerinə yetirməsinin sirrini açıqlayıb.

BakuPost xəbər verir ki, forvard bunun səbəbini rəqib qapıçıların öyrənilməsinə böyük vaxt sərf etməsi ilə əlaqələndirib:


"Mən onların hərəkətlərinə diqqət yetirirəm. Baxıram ki, o, addım atırmı və ya əksinə. Canlı səddin necə qurulduğunu nəzərdən keçirirəm. İndi mən belə halları daha çox öyrənirəm. Bunların hamısı məşqlərdə gərgin iş nəticəsində mümkün olub".

Qeyd edək ki, bu mövsüm Lionel Messi İspaniya La Liqasında 13 oyuna 13 qol vurub və 6 məhsuldar ötürmə verib. 18 turdan sonra "Barselona" 39 xalla liderdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar