“Metroda təmir işləri 11 aya bitəsi deyil. 2 ilə qurtarsalar, böyük şeydir”.
“Bakupost” xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı “Prime TV” yutub kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, bu işlər şəhərdə nəqliyyatın yükünün nisbətən az olduğu aylarda başa çatdırılmalı idi:
“Ya bu işləri 3 aya sığışdırmalısan - yəni iyun, iyul, avqust aylarına. Bakının yükü azalan vaxtı. Ya da indiki texniki imkanların buna uyğun deyilsə, xalqı yükləyə bilməzsən. Birdən il yarım oldu. Mən niyə sənin əziyyətini çəkməliyəm?”
Lalə, Bakupost