Ru
16:40 / 24 Sentyabr 2025

MİDA evlərinin ətrafında vəşhi it sürüsü - "Hər an parçalaya bilərlər" - VİDEO

MİDA evlərinin ətrafında vəşhi it sürüsü - "Hər an parçalaya bilərlər" - VİDEO
Eye

Hövsanda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi yaşayış kompleksi ətrafında dolaşan sahibsiz itlər bina sakinlərinin ciddi narahatlığına səbəb olub.

Bakupost.az -a müraciət edən sakinlərin sözlərinə görə, günün istənilən saatlarında sürü halında gəzən heyvanlar həyati təhlükə yaradır:

"İtlərin qorxusundan uşaqları həyətə buraxa bilmirik. Böyük adamlara belə hücum edirlər. Xüsusən də gecələr çox təhlükəli olur, hər an adamı parçalaya bilərlər".

Məsələ ilə bağlı MİDA-nın mətbuat katibi Diana Dadaşova Bakupost.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq problemlə bağlı aidiyyəti quruma rəsmi müraciət olunub:

"Məsələnin operativ, müsbət və effektiv formada həlli məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2025-ci il tarixli, 142 nömrəli qərarı ilə yaradılmış və hazırda bu sahədə səlahiyyətli qurum olan “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsə müvafiq tədbirlərin görülməsi barədə məktubla müraciət olunub".

Lalə Novruz, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar