Ru
16:54 / 03 Yanvar 2026

Milad planı: ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatı ilə bağlı BƏZİ DETALLAR

Milad planı: ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatı ilə bağlı BƏZİ DETALLAR
Eye

ABŞ silahlı qüvvələri əvvəlcə Venesuelaya qarşı hərbi əməliyyatı dekabrın 25-də, katolik Milad günündə başlatmağı planlaşdırıb, lakin daha sonrakı tarixə təxirə salınıb.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin "CBS News" telakanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hərbi rəhbərlik əməliyyatın Milad günündə keçirilməsini müzakirə edib, lakin prioritet ABŞ-nin Nigeriyadakı İŞİD terror qruplaşmasının hədəflərinə qarşı hava hücumlarına verilib. Daha sonra tarix yenidən təxirə salınıb, çünki ABŞ üstünlük qazanmaq üçün hava şəraitinin yaxşılaşmasını gözləyib.

Həmçinin CNN bildirib ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Venesuela ərazisində hərbi əməliyyatlar barədə əvvəlcədən xəbərdarlıq almayıb.

Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores hərbi əməliyyatlar nəticəsində ABŞ hərbçiləri tərəfindən ələ keçirilib və ölkədən çıxarılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar