Ru
17:15 / 29 Dekabr 2025

Milli Qəhrəman Şahin Tağıyev İsveçdə vəfat etdi - FOTO

Milli Qəhrəman Şahin Tağıyev  İsveçdə vəfat etdi - FOTO
Eye

Azərbaycan daha bir Milli Qəhrəmanını itirib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Milli Qəhrəman Şahin Tağıyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, son illər İsveçin Malmö şəhərində yaşayırdı.

Yaxınlarının verdiyi məlumata görə, onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək.

Qeyd edək ki, Ş.Tağıyev 23 iyun 1992-ci il tarixli fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.

O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.

Şahin Tağıyev hazırda həyatda olan 16 Milli Qəhrəmandan biri idi.

Milli Qəhrəman Şahin Tağıyev  İsveçdə vəfat etdi - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar