Ru
18:39 / 29 Dekabr 2025

İcra başçısının işdən çıxarılmasının səbəbi bilindi

İcra başçısının işdən çıxarılmasının səbəbi bilindi
Eye

Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.


Onun şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.

Qeyd edək ki, bir neçə gün əvvəl onun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da işdən çıxarılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar