Ru
19:15 / 29 Dekabr 2025

Kiyev və Vaşinqton sülh nizamlanmasını müzakirə etdilər

Kiyev və Vaşinqton sülh nizamlanmasını müzakirə etdilər
Eye

Ukrayna ilə ABŞ məsləhətləşmələr və sənədlər üzərində iş çərçivəsində gələcək əlaqələri və addımları müzakirə edib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov öz teleqram kanalında bildirib.

"İndicə Ukraynaya gedərkən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə söhbətimiz oldu. Ukrayna Prezidenti Volodimir Zelenski də söhbətə qoşuldu. Əsas məqam gələcək əlaqələrin və addımların razılaşdırılmasıdır. İş intensiv və məzmunlu şəkildə aparılır: faktiki olaraq hər gün məsləhətləşmələr və sənədin bəndləri (sülh sazişinin - red.) üzərində iş davam edir", - o yazıb.

Onun sözlərinə görə, Ukrayna Avropa ölkələrinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçiləri ilə daim əlaqədədir: "Yaxın vaxtlarda növbəti təmaslar barədə razılıq əldə olunub".

Umerov konstruktiv əməkdaşlığa görə ABŞ tərəfinə təşəkkür edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar