Ukrayna dekabrın 29-na keçən gecə Putinin Novqorod vilayətindəki iqamətgahına 91 ədəd PUA ilə hücum edib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya XİN başçısı Sergey lavrov deyib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri iqamətgaha hücum edən bütün pilotsuz təyyarələri məhv edib.
Nazir əlavə edib ki, Rusiya cavab zərbələri üçün hədəfləri və onların həyata keçirilməsi vaxtını müəyyən edib.
Lavrov bununla bağlı Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxılacağını da vurğulayıb.
Lavrov Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxılacağını bildirib.
Ukrayna Prezidenti Zelenski isə bu bəyanatı yalan adlandırıb. O əlavə edib ki, Rusiya sülh danışıqlarında irəliləyişə xələl gətirmək istəyir və Kiyevdə hökumət binalarına hücum üçün zəmin hazırlayır.