Ru
21:16 / 29 Dekabr 2025

Məşhur restoranın aşpazı soyğunçuluq etdi, həbs olunmadı

Məşhur restoranın aşpazı soyğunçuluq etdi, həbs olunmadı
Eye

Bakıda fəaliyyət göstərən “Xaçapuri Baku” restoranında aşpaz kimi çalışan 2008-ci il təvəllüdlü S.Məmmədli soyğunçuluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Bakupost.az News24.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Araşdırmalar zamanı müəyyən olunub ki, S.Məmmədli işdən sonra evə qayıdarkən iki dəfə taksi sifariş edib. Sabunçu rayonunda yaşadığı evin yaxınlığına çatdıqda isə sürücülərə hücum edərək onların mobil telefonlarını ələ keçirib və hadisə yerindən qaçıb. Zərərçəkən iki taksi sürücüsü polisə müraciət edib.

İstintaq zamanı məlum olub ki, S.Məmmədli soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefonları “Lalafo” platformasında satışa çıxararaq satıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq həbs edilib. Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinən S.Məmmədliyə 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin yaşı nəzərə alınaraq cəza şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar