Ru
18:25 / 29 Dekabr 2025

O ilin ən yaxşı futbolçusu seçildi

O ilin ən yaxşı futbolçusu seçildi
Eye

Gürcüstan Futbol Federasiyası tərəfindən keçirilən sorğuya əsasən, milli komandanın və PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya 2025-ci il üçün ölkənin ən yaxşı futbolçusu seçilib.

Bakupost.az xəbər verir ki, Kvaratsxeliya beşinci dəfə (2020, 2021, 2022, 2023, 2025) Gürcüstanın ən yaxşı futbolçusu seçilib ki, bu da rekord göstəricidir.

2025-ci ildə Kvaratsxeliya PSJ ilə altı kubok əldə edib. O, Fransa Liqa 1, Fransa Kuboku, Fransa Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və FIFA Qitələrarası Kubokunu qazanıb.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar