Ru
19:57 / 08 May 2021

Millimiz AVRO-2021-də Gürcüstana qalib gəldi

1259
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Bakupost.az -ın məlumatına görə, yığma F qrupundakı növbəti matçında meydan sahibləri Gürcüstanla qarşılaşıb. Tbilisidə Voleybol Arenasındakı görüş Azərbaycanın inamlı qələbəsi ilə başa çatıb - 3:0.

Milli üç setdə müvafiq olaraq 25:20, 25:22 və 25:15 hesabı ilə qalib gəlib.

Qrupda 2-ci turun digər qarşılaşmasında Monteneqro Yunanıstana uduzub - 2:3.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 9-da Yunanıstana qarşı keçirəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər