Ru
23:46 / 02 Sentyabr 2021

Millimiz ənənəni pozmadı

Millimiz ənənəni pozmadı
Eye

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.

Bakupost.az xəbər verir ki, millimiz A qrupundakı ilk oyununda Xorvatiya yığmasının qonağı olub. "Velika Qoritsa" stadionunda keçirilən və ukraynalı FIFA referisi Denis Şurmanın idarə etdiyi qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xorvatiyalıların heyətində qolları 10-cu dəqiqədə Luka Suçiç, 24-cü dəqiqədə isə Roko Şimiç vurublar.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi A qrupunda ikinci görüşünü sentyabrın 7-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar