Ru
22:16 / 05 Sentyabr 2020

Millimiz ilk oyunda məğlub oldu

2611
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayıb.

"BakuPost" xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığması ilə qarşılaşıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli 26-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. O, rəqib futbolçunu vurduğuna görə cəzalandırılıb.

Matçın 43-cü dəqiqəsində komandamız hesabı açıb. Ramil Şeydayev başla topu rəqib qapısından keçirib.

Azərbaycan - Lüksemburq oyununun birinci hissəsi bu hesabla başa çatıb.

48-ci dəqiqədə rəqib komanda hesabı bərabərləşdirib. Millimizin heyətində Anton Krivotsyuk avtoqola imza atıb.

Görüşdə sayca üçüncü qol 72-ci dəqiqədə vurulub. Lüksemburqun futbolçusu penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb.

Matçda əlavə vaxtda qol vurulmayıb. Beləliklə, Azərbaycan millisi öz meydanında keçirdiyi ilk oyunda 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, matçı İngiltərədən olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Kris Kavanaq olub. Ona Daniel Riçard Kuk və Sian Massey kömək ediblər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər