Ru
21:18 / 11 Sentyabr 2020

Millimizin qapıçısı zədələndi

Millimizin qapıçısı zədələndi
Eye

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov zədələnib.

"BakuPost" xəbər verir ki, 28 yaşlı qolkiper Premyer Liqanın II turunda səfərdə "Neftçi"yə qarşı keçirdikləri matçda xəsarət alıb.

Azərbaycan millisinin də şərəfini qoruyan Cənnətov oyuna davam edə bilməyib və birinci hissənin sonunda onun yerinə meydana Aydın Bayramov daxil olub.

Qeyd edək ki, "Bakcell Arena"da keçirilən qarşılaşmada ilk yarı başa çatıb və "Sumqayıt" 1:0 hesabı ilə öndədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar