Ru
12:08 / 15 Dekabr 2017

Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu

1740
Kulis.azın redaktoru, yazıçı Mirmehdi Ağaoğlunun "85-ci gün” hekayəsi İslam Əməkdaşlığı Təşkilatının keçirdiyi Birinci Qısa hekayə müsabiqəsində qalib olaraq, üç nəfərdən ibarət finalçılar arasına düşüb.


 BakuPost.az-ın məlumatına görə qaliblərin mükafatlandırılması dekabrın 19-da İranın Şiraz şəhərində baş tutacaq.


Müsabiqənin məqsədi İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olan ölkələrdəki gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, İƏT ölkələrinin bir-biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.


 

Finalçıların hansının neçənci yer tutduğu mükafatlandırılma mərasimində açıqlanacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər