Ru
21:32 / 14 Avqust 2017

Mirzə Ələkbər Sabirin gəlini sabah dəfn ediləcək

Mirzə Ələkbər Sabirin gəlini sabah dəfn ediləcək
Eye

Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin gəlini Zemfira Tahirli dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan, tanınmış jurnalist Gündüz Tahirlinin anası Zemfira xanımın nəşi bu gün vətənə göndərilib. Zemfira xanım sabah Şamaxıda ailə məzarlığında dəfn ediləcək.



Jurnalist Aygün Muradxanlının verdiyi məlumata görə, mərhumun hüzr mərasimi avqustun 17-də saat 12-də Heydər Məscidində olacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, əməkdar müəllim Zemfira Tahirli bir neçə ildir övladları ilə birlikdə ABŞ-da yaşayırdı.



Allah rəhmət eləsin.

 

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar