Ru
16:07 / 14 Dekabr 2025

“Mixaylo” ləqəbli şəhidin atası vəfat etdi - FOTO

“Mixaylo” ləqəbli şəhidin atası vəfat etdi - FOTO
Eye

Vətən müharibəsi şəhidi Mehti Şıxəliyevin atası Yalçın Şıxəliyev vəfat edib.

Bakupost.az xəbər verir ki, mərhum bu gün Hacıqabul rayonunun Meyniman kənd qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, “Mixaylo” ləqəbli, 1996-cı il təvəllüdlü Mehti Şıxəliyev kiçik gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edib. O, 2020-ci il noyabrın 10-da Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimiz ölümündən sonra “Qarabağ” ordeni, eləcə də “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

“Mixaylo” ləqəbli şəhidin atası vəfat etdi - FOTO
“Mixaylo” ləqəbli şəhidin atası vəfat etdi - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar