Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi sosial şəbəkə hesabında ciddi yanlışlığa yol verilib.
Bakupost.az xəbər verir ki, səhifədə yazıçı Anarla müsahibə bu cür təqdim edilib:
“Bu il Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunur. Bu münasibətlə yazıçı Anar ilə Üzeyir bəyin ədəbi-mədəni irsi və onun Azərbaycan mədəniyyətindəki əvəzsiz rolu haqqında qısa müsahibə etdik”.
Mədəniyyət Nazirliyinin rəsmi səhifəsində Üzeyir bəyin “Azərbaycan musiqisinin banisi” adlandırılması ciddi etiraza səbəb olub.
Qeyd edək ki, Üzeyir bəy Azərbaycan opera sənətinin banisidir. Onu “Azərbaycan musiqisinin banisi” adlandırmaq Mədəniyyət Nazirliyi adına ayıbdır.
Asena,
BakuPost
Bizim Kəndimizə görə elə bir cinayət, ciddi-mülahizəlik səhv və xəta yoxdur! Problem soykökünə savadlı və ya daha küt-yalnız təkbir-Orucovun 18000 (on səkkiz) minlik lüğətindən, yəni Böyük rəsmi Rus (tarixi Ana türk dilindən yox) dilindən terminologiya ilə qəbul etməyimizdir? Rus dili Alman, İngilis... dillərindən tərcümədə elmi-texniki və bədii ədəbiyyatlarla o qədər zəngindir ki, biz və ana türk dilində bir neçə yüz ilə həmin ona yaxın bilgi mənbəyi yarada bilərikmi? Ana dilində Xalq yazıçımız Anar özü belə həmin mənbələrsizmi həmin-Dünyəvi Zirvəyə yayımlanıb? Ərəb dili tarixi öyrənmək üçün zəruri olduğu kimi ara Rus, İngilis və digər dillər Rusiya Hakimiyyəti ilə ünsiyyət üçün özümüzün dünyəvi tərəqqisi-intihabı üçün vacib mənbədir. Elə Qarabağ tarixi də hər ailənin familyası, baş sayı ilə nə zaman Qarabağa (kimlərin geniş və ya boş qalmış evlərinə) köçürülməsi dəqiqliklə Rusiya arxivlərində təbii ki, digər dildə deyil? Bizdən sonrakı nəsillərə də həmin gerçək-yazılı arxiv və tarixlər gərək deyilmi?