Ru
22:43 / 01 Avqust 2026

Moskvada generalın ad günündə partlayış, ölənlər var - VİDEO

Moskvada generalın ad günündə partlayış, ölənlər var - VİDEO
Eye

Moskvanın mərkəzində yerləşən “Balzi Rossi” restoranında keçirilən özəl tədbir güclü partlayışla başa çatıb.


"Bakupost" xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

Hadisə avqustun 1-də Kudrinskaya meydanında, məşhur Stalin hündürmərtəbəli binasının birinci mərtəbəsində yerləşən restoranda baş verib. Həmin gün restoran adi müştərilər üçün bağlı olub və burada özəl banket keçirilib.

Partlayışdan sonra restoranda yanğın başlayıb. Müxtəlif ilkin məlumatlarda yaralıların sayı fərqli göstərilir: “Baza” 21 nəfərin xəsarət aldığını, onlardan 17-nin vəziyyətinin ağır olduğunu bildirib. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım və fövqəladə xidmət briqadaları cəlb edilib, ətraf yollar bağlanıb.

Rusiya mediasında yayılan ilkin versiyaya əsasən, partlayışa restoranın mətbəxində qaz avadanlığının partlaması səbəb ola bilər. Lakin hadisənin dəqiq səbəbi hələ rəsmən müəyyənləşdirilməyib.

Şahidlərdən birinin sözlərinə görə, restoranda bir generalın ad günü qeyd olunub. Şahid binanın qarşısında qara dövlət nömrə nişanlı çoxsaylı avtomobillərin və “Rosqvardiya” avtobusunun olduğunu da bildirib.

Eyni zamanda, yerli sakinlərin sosial şəbəkələrdə yayılan açıqlamalarında binada ümumiyyətlə qaz xəttinin olmadığı bildirilir. Yayılan fotoda partlayışın gücünün nə qədər dəhşətli olduğu görsənir. Partlayışdan sonra bir şəxsin bədən üzvü parçalanaraq yola düşüb.



Hadisə yerində fövqəladə xidmətlərin işi davam edir, partlayışın səbəbi və özəl banketin iştirakçıları ilə bağlı əlavə məlumatlar gözlənilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar