Ru
13:16 / 06 Avqust 2025

Moskvadan Bakıya yeni hədə: hava və dəmir yolu əlaqəsi dayandırılacaq

 Moskvadan Bakıya yeni hədə: hava və dəmir yolu əlaqəsi dayandırılacaq
Eye

Rusiya Azərbaycanla hava və dəmir yolu əlaqəsini dayandıra bilər.

Bakupost.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB və Azərbaycan işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin RTVI telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, belə bir addımın atılmasına səbəb Zatulinin qeyri-dost hərəkət kimi qiymətləndirdiyi Rusiya şəhərlərinin adlarının dəyişdirilməsi təcrübəsinin respublikada yayılması ola bilər.

Qeyd edək ki, bu bəyanat Azərbaycan mediasının TASS-ın Azərbaycanda qəbuledilməz hesab edilən sovet yer adı olan Stepanakert adından istifadə etməsinə kəskin reaksiyası fonunda səslənib.

Zaur, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar