Ru
15:34 / 30 İyul 2025

Moskvadan Trampın bəyanatına REAKSİYA

Moskvadan Trampın bəyanatına REAKSİYA
Eye

Vaşinqton tərəfindən son zamanlar səsləndirilən bəyanatlar “ziqzaq” xarakteri daşıyır. Bu da müəyyən qədər çaşqınlıq və anlaşılmazlıq yaradır.

Bakupost.az xəbər verir ki, bunu “Qazeta.ru-ya Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin bildirib.


“Müxtəlif siyasətçilərin və liderlərin tamamilə fərqli düşüncə və davranış tərzi olur. ABŞ Prezidenti Donald Tramp adətən, ziqzaq üsullardan istifadə edir. Yəni əvvəlcə bir fikir səsləndirilir, sonra isə bu mövqeni bir qədər tənzimləyir və geri çəkilir. Nəzərə alsaq ki, Tramp daim siyasət və mediada diqqət mərkəzindədir, bu cür yanaşma ona davranış xəttini özbaşına tənzimləməyə imkan verir”, - deyə senator bildirib.

Onun fikrincə, Tramp tez-tez mövqeyini dəyişdiyinə görə etibarsız siyasətçi kimi qəbul edilməməlidir. Karasin hesab edir ki, bu sadəcə, onun xüsusi siyasi üslubudur.

“Qeyd etmək istəyirəm ki, Rusiyada biz öz ağlımızla yaşayırıq və öz maraqlarımıza, ölkəyə lazım olanlara diqqət edirik. Ona görə də Amerika administrasiyasının bəyanatlarını nəzərə alırıq və eşidirik, lakin hərəkətlərimizi öz planlarımıza uyğun qururuq”, - deyə senator əlavə edib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar