Rusiyada azərbaycanlı bloger Suboya (Sübhan Məmmədov – red.) qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və vergidən yayınma maddələri üzrə qiyabi ittiham irəli sürülüb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Qurumun məlumatına görə, adıçəkilən cinayətlərdə iştiraka görə blogerin qardaşı və atasına da daha əvvəl ittiham irəli sürülüb.
Eyni zamanda bildirilib ki, Subonun yaxınları dəymiş ziyanın ödənilməsi prosesinə başlayıblar. İstintaq Komitəsinin məlumatına əsasən, 50 milyon rubl borcdan hələlik yalnız 9 milyon rubl ödənib.
Qeyd edək ki, Rusiya vətəndaşlığından çıxarılan Subo hələ də axtarışdadır. Rusiya Federasiyası Cinayət Məcəlləsinə görə, ona 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Aysel,
BakuPost