Ru
17:22 / 25 Noyabr 2022

Mübariz Qurbanlının prokuror qardaşını şantaj edən qadın həbs olundu

3056
Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstənin üzvü Sahilə Məmmədova barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Sahilə Məmmədova məhkəmə zalında həbs olunub.


Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb ittiham olunan şəxsin məhkəmə proseslərinə gecikməsi ilə əsaslandırılıb.

Qeyd edək ki, Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova cinayətkar dəstə yaradaraq prokuror Tariel Qurbanovu və Mirvasif Mahmudov adlı şəxsi şantaj etməkdə təqsirləndirilirlər.


Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan şəxslərdən yalnız Sahilə Məmmədova ev dustaqlığında olub. Digərləri barəsində əvvəldən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Xatırladaq ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.



Şərhlər
  • t.ədalət

    Mübariz Qurbanlı hakimiyyətə yaxın olduğu üçün bədbəxt qadını şərləyiblər.Kiminsə prokuroru şərləməsi qeyri-mümkündür.Prokurorlar ,hətta saxlanılmış şəxs bəraət alanda belə pulsuz sənədə imza qoymurlar.Amma şərləmənin cəzasını verən Allah var.Güman ki şər dəllalarının özününün də cəzalanacağı gün var.

  • Adam

    Uzündən şərəfsizlik tökülür, bu əclafın!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər