Ru
09:47 / 26 Noyabr 2025

Müəllimə avtobus sükanı arxasında – Qadın sürücülərdən reportaj – VİDEO

Müəllimə avtobus sükanı arxasında – Qadın sürücülərdən reportaj – VİDEO
Eye

Avtobus sürücüsü kimi fəaliyyət göstərəcək qadınlar arasında müxtəlif ixtisas və peşə sahibləri var.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bugündən etibarən bəzi marşrutlardakı avtobuslarda qadın sürücülər çalışmağa başlayıb. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni təlim proqramı həyata keçirilib. Proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.

Sürücü kimi işə başlayan Rəna Cəfərova deyir ki öz ixtisası müəllimlik olsa da, hər zaman avtobus sürmək arzusunda olub. Elə arzusu da onu bu peşəyə gətirib.

Digər sürücü Xalidə Səmədova isə bildirir ki, daha əvvəl də sürücü kimi fəaliyyət göstərdiyinə görə bu peşə ona yad deyil.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar