Ru
11:08 / 14 Noyabr 2019

Jurnalist Almaniyada həbs olunan azərbaycanlılarla bağlı MƏLUMAT YAYDI

2554
Almaniyada mühacirətdə olan jurnalist Yafəs Əkrəmoğlu mühacirət alverində şübhəli bilinib saxlanılan şəxslər bağlı məlumat yayıb.

BakuPost.az-ın məlumatına görə, jurnalist bildirib ki, Almaniya federal polisi Azәrbaycandan Almaniyaya mühacir daşıyan bandanı ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evidә vә ofisindә axtarış edib, bir neçә nәfәr hәbs olunub:


“Bu xәbәri alandan sonra araşdırmalara başladım vә bir çox sәnәdli faktlar toplaya bildim. Hәmin faktları qısa şәkildә sizinlә paylaşıram. Evlәrdә vә ofislәrdә axtarış Koblenç prokurorluğun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada, insan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir).

Bunlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır. Cinayәt işinә әsaslanmış sankiyadakı mәlumatların qısaldılmış forması belәdir:


Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs, Xәlilbәyli әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri dә verib. Guya, hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar.

O gәtirdiyi adamlara özünün Almaniyada sözü keçәn biri kimi tәqdim edib. Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә o, qurbanlarının әlindәn hәqiqi sәnәdlәrini alıb”.

Jurnalist qeyd edib ki, hәmin şәxslәrin, guya, Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs Hәsәn (soyaddır- İlham Hәsәn ola bilәr) vә tәqsirlәndirilәn Cavadovun vasitәsiylә әldә edib: “İndiyә kimi әn az 50 bu cür iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub. Tәqsirlәndirilәn şәxs Hәsәn әn az 7 dәfә dolu paketdә Xәlilbyliyә saxta sәnәdlәr göndәrib. Çoxsaylı azәrbaycanlının ev vә ofislәrindә axtarışlara sәbәb istintaq dövrü toplanan bu cür mәlumatlar olub”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər