Ru
09:32 / 27 Dekabr 2025

Mülkədarov rəis oldu – Nazirdən təyinat

Mülkədarov rəis oldu – Nazirdən təyinat
Eye

Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunub.

Bakupost.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev Əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Nurlan Qələndar oğlu Mülkədarov təyinat alıb.

Qeyd edək ki, bu ilin may ayında rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar