Ru
11:33 / 14 Dekabr 2019

Müsavatın namizədlərindən müəmmalı gediş... – Keçmiş MSK üzvü açıqladı

3010

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov növbədənkənar seçkilərdə iştirakla bağlı Müsavat Partiyasına bir sıra suallar ünvanlayıb.


BakuPost-un məlumatına görə, bu barədə MSK-nın keçmiş üzvü özünün Facebook səhifəsində yazıb.

O, bildirib ki, əldə etdiyi məlumata görə, Müsavat Partiyası parlament seçkilərində namizədlərin siyasi partiya tərəfindən deyil, namizədliyin özü tərəfindən irəli sürülməsi formasını seçib.

A.Qurbanov bu məlumatdan çıxış edərək partiya rəhbərliyindən aşağıdakı suallara cavab verilməsini istəyib:

1. Müsavat həm institusionallaşmış, həm də ölkə ərazisini əhatə edən və zəngin seçki təcrübəsi olan azsaylı aparıcı partiyalardandır. Belə olduğu təqdirdə ondan gözləntilər də bu göstəricilərə adekvat olur.

2. Siyasi partiya (və siyasi partiyalar bloku) formatında iştirak 60-dan çox namizədin qeydə alınmasına nail olduqda İctimai Televiziya və radioda pulsuz efir vaxtı imkanını yaradır.

3. Siyasi partiya (və siyasi partiyalar bloku) formatında iştirak parlamentdə təmsilçiliyə nail olduqda dövlət büdcəsindən maliyyələşmə və seçki komissiyaları sistemində təmsilçilik imkanı yaradır.

4. Aydındır ki, qanunvericilik yuxarıda qeyd etdiyim kimi, siyasi partiya formatında iştiraka potensial imtiyazlar imkanı yaratsa da, həmçinin kargüzarlıqdan tutmuş, bürokratik, maliyyə və texniki çətinliklər də yaradır. Bu üzdən də namizədliyin özü tərəfindən irəli sürülmə forması daha asandır. Həmçinin bu forma, hər hansı məsuliyyəti də partiyadan daha çox fərdə yönəldir.

Belə olduğu halda sual yaranır: Müsavatın 2 və 3-cü bəndlərin reallaşacağına inamı olmadığı üçün və 4-cü bənddəki səbəbləri əsas tutaraq belə iştirak forması seçib, yoxsa başqa səbəblər var?”

Bu suallara hələ ki, qarşı tərəfdən cavab verilməyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər