Ru
14:26 / 03 Yanvar 2026

Narkotikə görə tutulmuşdu - 5 yaşlı qızına qarşı əxlaqsız videoları üzə çıxdı

Narkotikə görə tutulmuşdu - 5 yaşlı qızına qarşı əxlaqsız videoları üzə çıxdı
Eye

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan şəxsin daha ağır cinayətinin üstü açılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Sabunçu rayonu Buzovna qəsəbəsində saxlanılan 1995-ci il təvəllüdlü Şakir Səlimovun (ad-soyad şərtidir) telefonuna baxış keçirilərkən onun azyaşlı qıza qarşı etdiyi əxlaqsız hərəkətləri əks etdirən videolar üzə çıxıb.

Müəyyən edilib ki, narkotik aludəçisi olan şəxsin iyrənc hərəkətlər etdiyi qız onun 2020-ci il təvəllüdlü doğma övladıdır. Ş.Səlimovun 2024-2025-ci illərdə mütəmadi olaraq narkotikin təsiri altında əxlaqa sığmayan hərəkətlər etdiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə iş açılıb.

O, ifadəsində törətdiyi əməlləri etiraf edib. Həmin videoları narkotikin təsiri altında olarkən çəkdiyini deyib. Onun həyat yoldaşı isə baş verənlərdən xəbərsiz olduğunu, görüntülərin üzə çıxmasından sonra bunlardan agah olduğunu söyləyib.

Həmçinin vurğulanıb ki, Ş.Səlimov müharibə iştirakçısıdır. Müharibədən sonra parkların birində bağban işləyirmiş.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə ona 15 il həbs cəzası verilib. Hökmdə Şakir Səlimovun narkomaniyadan məcburi müalicəyə təyin olunması və narkoloji dispanserdə qeydiyyata alınması da qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar