Ru
22:40 / 22 Sentyabr 2020

NASA bu tarixdə Aya ilk dəfə qadın kosmonavt göndərir

NASA bu tarixdə Aya ilk dəfə qadın kosmonavt göndərir
Eye

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) yeni Ay planını açıqlayıb. Şirkət 28 milyard dollarlıq "Artemis" proqramı ilə 1972-ci ildən sonra ilk dəfə 2024-cü ildə Aya kosmonavt göndərəcəyini bildirib. Bu iki astronavtdan biri isə qadın olacaq.

"BakuPost" xəbər verir ki, yeni plan üçün ilk növbədə ABŞ Konqresi 3,2 milyard dollarlıq fondu təsdiqləməlidir. Həmin fond eniş sistemləri üçün istifadə ediləcək.

Kosmonavtlar "Apollon"a bənzər "Orion" kapsulalarında səyahət edəcəklər. Bu kapsullar NASA-nın 2011-ci ildən bəri inkişaf etdirdiyi "Space Launch System" (SLS) adlı güclü raketlərlə orbitə çıxarılacaq.

NASA-nın administratoru Cim Braydenstayn, "Artemis"" proqramının dörd il sonra Ayda olması üçün 28 milyard dollara ehtiyac var. SLS fondu, Orion fondu, insanlı eniş sistemi fondu və kosmik geyimlər - hər biri "Artemis" proqramının maliyyəyə ehtiyac duyduğu məqamlardır", - deyə qeyd edib.

2021-ci ildə Ayın ətrafında "Artemis-1" adlı pilotsuz uçuş həyata keçiriləcək. Bundan sonra kosmonavtlarla birlikdə Ayın ətrafında dövr edəcək "Artemis-2" uçuşu baş tutacaq. "Artemis-3" uçuşunda isə astronavtlar 1972-ci ildən sonra ilk dəfə Aya ayaq basacaqlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar