"YouTube”un baş ofisinə silahlı hücum çəkdikdən sonra intihar edən cənubi azərbaycanlı Nasim Ağdamın atası İsmayıl Ağdam hadisə ilə bağlı açıqlama verib.
BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, qadının atası Nasimin videolarının son zamanlarda tez-tez bloklanması və senzuraya məruz qalması səbəbindən bu addımı atdığını deyib. Məlumata görə, onun kanalındakı tənzimlənmələr və silinmələrdən sonra N. Ağdamın səhifəsindəki aktivlik aşağı düşüb. Onun videolarına qoyulan yaş qadağası isə qadını lap əsəbiləşdirib.
Atası iddia edir ki, "YouTube” Nasimə videolarına görə pul ödəmirmiş. Bu səbəbdən də o, ofisə hücum çəkib.