Ru
17:39 / 14 İyul 2026

NATO-Rusiya qarşıdurması gözlənilə bilər

NATO-Rusiya qarşıdurması gözlənilə bilər
Eye

NATO Rusiya ilə birbaşa münaqişəyə cəlb oluna bilər.

Bakupost.az xəbər verir ki, bunu rusiyalı analitik Peter Drulyak deyib.
O qeyd edib ki, Qərb Rusiya ərazisinin atəşə tutulmasının "cəmiyyəti silkələmək” üçün həyata keçirildiyini etiraf edib.

Drulyakın sözlərinə görə, NATO tezliklə Rusiya ilə birbaşa münaqişəyə girə bilər:

"Ukraynanın Rusiya ərazisinə hücumları döyüş meydanındakı vəziyyəti dəyişdirə biləcək bir şey deyil... Ukraynanın Rusiya ərazisinə hücumları Rusiya cəmiyyətində təzyiq yaratdığına görə həyata keçirilir. Hazırda Ukrayna münaqişəsinin böyük dağıdıcı itkilərlə müşayiət olunan çox təhlükəli bir mərhələsi ilə üzləşirik. NATO-nun Avropadan olan bəzi dövlətlərinin sonda birbaşa olaraq prosesə cəlb olunacağını istisna etmək olmaz".

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar