Ru
15:15 / 24 Yanvar 2026

NATO şərq cinahında silah ehtiyatlarını artırmağa hazırlaşır

NATO şərq cinahında silah ehtiyatlarını artırmağa hazırlaşır
Eye

NATO şərq cinahında silah və sursat ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmağı və eyni zamanda robot texnologiyasından istifadə edərək yeni müdafiə zonası yaratmağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, bunu İzmirdəki NATO Quru Qoşunları Komandanlığının Əməliyyatlar üzrə Qərargah rəisinin müavini, briqada generalı Tomas Lovin "Welt am Sonntag" qəzetinə verdiyi açıqlamada bildirib.

Qeyd edib ki, konsepsiyanın rəsmi adı Şərq Cinah Dəyişdirmə Xəttidir. Çoxşaxəli müdafiə konsepsiyası düşmənin irəliləməsini dayandırmaq üçün yüksək texnologiyalı həllərin istifadəsini nəzərdə tutur. Rusiya və Belarusla sərhəd boyunca əsasən müşahidə sistemləri və məsafədən idarə olunan və ya yarıavtomatlaşdırılmış sistemlərlə qorunan bir zona yaradılacaq.

Lovin bildirib ki, şərq cinahı boyunca müşahidə texnologiyası yerdə, havada, kosmosda və rəqəmsal məkanda məlumat toplayan cihazlardan ibarət olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar