Ru
15:24 / 24 Yanvar 2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

3 aya marketdən 7 minlik məhsul oğurladı
Eye

Marketdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bakupost.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7000 manatlıq məhsulun oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağzadan oğurluqları 3 ay ərzində hissə-hissə törədib.

Fakt üzrə araşdırmalar aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar