Ru
17:00 / 24 Yanvar 2026

Neftçalada ağır qəza - Azyaşlı öldü, qardaşı xəsarət aldı

Neftçalada ağır qəza - Azyaşlı öldü, qardaşı xəsarət aldı
Eye

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes Sprinter” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Qəza zamanı “VAZ 2106”da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Ələkbərov Murad Sabir oğlu ağır xəsarət alıb.

Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun 16 yaşlı qardaşı isə müxtəlif bədən xəsarətləri ilə Neftçala Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Neftçalada ağır qəza - Azyaşlı öldü, qardaşı xəsarət aldı
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar