Çin hakimiyyəti iki yüksək rütbəli hərbi məmura qarşı antikorrupsiya istintaqına başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, söhbət ciddi intizam və qanun pozuntularında şübhəli bilinən Mərkəzi Hərbi Şuranın sədr müavini Çjan Yus və Mərkəzi Hərbi Şuranın Birgə Qərargahının rəisi general Lyu Çjenlidən gedir.
Ötən ilin avqust ayında "Bloomberg" agentliyi bildirmişdi ki, Çin sədri Si Cinpin Çin Respublikasının ilk sədri Mao Tszedunun dövründən bəri hərbi elitalar arasında ən böyük kadr təmizləmə prosesinə başlayıb. Xüsusilə iddia edilirdi ki, dövlət başçısı artıq ölkədəki bütün generalların təxminən 20 faizini vəzifəsindən kənarlaşdıra bilər.