Ru
17:26 / 24 Yanvar 2026

ABŞ-dan İran casuslarının bu ölkədən çıxarılması ilə bağlı - TƏLƏB

ABŞ-dan İran casuslarının bu ölkədən çıxarılması ilə bağlı - TƏLƏB
Eye

ABŞ Boliviya hakimiyyətinə İranın xeyrinə casusluqda şübhəli bilinən şəxslərin ölkədən çıxarılması, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınması tələbi ilə təzyiq göstərir.

Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton, həmçinin La Pasdakı hökumətin Livan qruplaşması "Hizbullah" və Fələstin təşkilatı "Hamas"ı terrorçu kimi tanımasında israr edir. ABŞ hər iki qurumun Tehranın nəzarətində olduğunu hesab edir.

Boliviya Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı şərh verərkən bildirib ki, bu məsələ barədə hələ yekun mövqe formalaşmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar