Ukrayna ilə bağlı ABŞ, Rusiya və digər tərəflər arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilən danışıqlar yekunlaşıb.
Bakupost.az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, bu gün üçün əlavə görüş planlaşdırılmır və ABŞ nümayəndə heyətinin üzvləri artıq hava limanına yollanıblar.
Bildirilir ki, tərəflər arasında aparılan müzakirələr əsasən hərbi-siyasi vəziyyət, mümkün atəşkəs perspektivləri və gələcək danışıqlar formatı ətrafında cəmləşib. Lakin görüşlərin konkret nəticə ilə yekunlaşıb-yekunlaşmadığı barədə rəsmi açıqlama verilməyib.
Mənbələrin məlumatına görə, danışıqların növbəti mərhələsinin keçirilib-keçirilməyəcəyi və tarixləri hələlik bəlli deyil. Prosesin gələcək inkişafı tərəflərin mövqelərindən və regiondakı hərbi-siyasi vəziyyətdən asılı olacaq.