Venesuela silahlı qüvvələrinin Rusiya və Çin raketləri var idi, amma heç biri havaya qalxmadı. Onlar raketlərdən istifadə edə bilmədilər. Biz çatdıq, düymələri basdılar, amma heç nə işləmədi. Onlar bizim gəlişimizə tamamilə hazır idilər".
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The New York Post" qəzetinə müsahibəsində bildirib.
Tramp Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün istifadə edilən gizli silah haqqında qısa danışıb: "Bu silahlar yönləndirici idi. Bu barədə danışmağa icazəm yoxdur".
"The New York Times" qəzetinin məlumatına görə, 3 yanvarda Nikolas Maduronu ələ keçirmək üçün keçirilən əməliyyat zamanı Venesueladakı Rusiya hava hücumundan müdafiə sistemləri radarlara qoşulmayıb. Qəzet hesab edir ki, Venesuela ordusunun səriştəsizliyi ABŞ ordusunun uğurunda mühüm rol oynayıb.